Hüquq-mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilib. Bu barədə Bakupost saytı məlumat yayıb.
Sayt bildirir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Həmçinin qeyd olunur ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.