Azərbaycanda minimum əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırıldı

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat olub.

Əmək pensiyasının minimum məbləği, sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq. Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Məlumat üçün bildirək ki ,əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.

Nazirlər Kabineti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ