Bakıda mənzildən çürümüş meyit tapıldı

Bakıda mənzildən çürüməyə məruz qalmış meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu 3-cü mikrorayon Alı Mustafayev küçəsində baş verib.

Belə ki, həmin küçədəki 29 saylı binada yaşayan sakinlər kəskin qoxu gəlməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

Binadakı mənzillərdən birinə baxış keçirilərkən orada yaşayan 1932-ci il təvəllüdlü Tatyana Fyodrovna Kupinanın çürüməyə məruz qalmış meyiti tapılıb.

Onun bir neçə gün əvvəl vəfat etdiyi məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ