İlaxır çərşənbə günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 19-da ölkə ərasizində gözlənilən hava şəraiti ilə bağlı çəlumat yayıb.
 
ETSN-dən Buta.media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
 
Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. 
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yükəsləcək, nisbi rütubət 75-85 faiz olacaq. 
 
Rayonlarda martın 19-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ