Azərbaycanda 16 şəhərin baş planı üzərində iş gedir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Son 6 ildə şəhərlərin 26 baş planı hazırlanıb və təsdiq olunub. Hazırda bütün ölkə üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə 16 baş plan üzərində iş gedir.
Onlardan 9-u son mərhələdədir, yəni müvafiq qurumlarla razılaşdırma işi başa çatır. Ondan sonra həmin baş planlar Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcək. İsmayıllı şəhərinin baş planı da onlardan biridir və yekun mərhələdədir", - A. Quliyev vurğulayıb.