Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 19 saylı binada baş vermiş partlayış zamanı xəsarət aldıqdan sonra xəstəxanada dünyasını dəyişən ata və oğlunun fotoları yayılıb.
Oxu.Az xatırladır ki, hadisə dekabrın 3-də baş verib.
Nəticədə altı nəfər xəsarət alıb, iki nəfər - Ramin və Ayxan Əliyevlər - həyatını itirib.
Partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də, 2007-ci il təvəllüdlü oğlu Ayxan Əliyev dekabrın 9-da gecə saatlarında vəfat edib.