“Meydan TV”nin əməkdaşları barəsində qərar verildi

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.

İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov, Ramin Deko barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ