Bu gün, axşam saatlarından ayın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Ötən gün düşən yağıntının miqdarı 3 mm-dək olub. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
Dekabrın 8-nə olan hava proqnozu
Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağışın olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışın olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.