“28 May” bu axşam... - video

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu səbəbdən metroda ciddi şəkildə sərnişin sıxlığı yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, metroya girişdə problem yaranıb və sərnişinlərin platformalara buraxılmadığı bildirilir.

Bildirilib ki, texniki nasazlıq müəyyən edilib və qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

Yaranmış vəziyyətlə bağlı platformaların daha artıq yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda “28 May” və “Elmlər Akademiyası” stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ