Aeroport yolunda diqqətsizlik və məsuliyyətsizlik ağır qəzaya səbəb olub.
Qəzanın görüntülərini Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına səbəb olub.
“Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir”, - NİİM-dən bildirilib.