Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından iki nəfər sağ çıxarılaraq xilas edilib.
APA yazır ki, hadisə zamanı yaralanan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan iki nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.