Şirvanda azyaşlı faicəvi şəkildə öldü

Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.

APA-nın məlumatına görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı (2022-ci il təvəllüdlü) T. B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.

"Noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ