Azərbaycanda nikaha onlayn qaydada daxil olmaq mümkün edildi - video

Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.

Nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir.

Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar.

Daha sonra tətbiqdə “Həyat hadisələri” bölməsində yer alan “Ailə qurmaq” seçimini və ya “Xidmətlər” bölməsindən “Nikahın qeydiyyata alınması” xidmətini seçir.

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açır.

Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.

30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ