Daşkəsən rayonunun Xoşbulaq kəndinə qar yağıb.
“Qafqazinfo” xəbər verir ki, dünən gecədən yağan qar kəndi ağ örpəyə bürüyüb.
Kəndə təxminən 5 santimetr hündürlüyündə qar düşüb.
Kəndlə Daşkəsən rayonunun mərkəzi və Gəncə şəhərinə aparan avtomobil yolu işlək vəziyyətdədir.