Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Buta.media-ya verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.
Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.