Azərbaycan Ermənistanın təkliflər paketinə cavab verib

Azərbaycan Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Bu gün biz Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (11-ci təkliflər paketi) ilə bağlı cavab təkliflərini aldıq”, - deyə Badalyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün növbəti təkliflər paketini Azərbaycana göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ