Naxçıvana yeni icra başçısı təyin olundu. O kimdir?

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ