Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi bulvar küçəsinin kəsişməsində təmir işləri aparılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən mərkəz istiqamətində qısamüddətli məhdudiyyət tətbiq edilib.