Sosial şəbəkələrdə ananın azyaşlı övladına şiddət göstərdiyi deyilən video yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, videonu çəkib paylaşan şəxs bildirib ki, hadisə gecə saatlarında baş verib.
Mənzilin qapısının önündə çəkilən görüntülərdə ananın azyaşlı övladını təhqir edərək ona şiddət göstərməsinin səsi əks olunub. Qadın övladını kəmərlə döyəcəyi ilə də hədələyib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır: “Həmin şəxsin azyaşlının valideyni olması müəyyən edilib. Polis və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin icrası istiqamətində işlər görülür”.