Bakının Nizami rayonunda ailə faciəsi baş verib.
Məlumata görə, 70 yaşlı Azər Rəfiyev aralarında yaranan mübahisə zamanı 63 yaşlı həyat yoldaşı İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək onu yaşadıqları mənzildə qətlə yetirib. A.Rəfiyev daha sonra intihar edərək öz həyatına da son qoyub.
Ər-arvadın qonşuları baş vermiş hadisə barədə Baku TV-yə danışıblar.
Qonşulardan biri onların arasında əvvəllər hansısa mübahisənin olması barədə heç nə eşitmədiyini bildirib.
"Eşidəndə inanmadım. Səssiz, mehriban insanlar idilər. Qonşular onlardan heç vaxt şikayət etməyiblər", - deyə o söyləyib.
Başqa bir qonşu isə deyib ki, onların heç kimlə işləri olmayıb: "Birlikdə bazarlıq edirdilər. Həmişə salam verib kefimizi soruşurdular".