Paytaxtın bir çox ərazisində qaz kəsilib - SƏBƏB

Paytaxtın bir çox ərazisində qazın verilməsində yaranmış məhdudiyyət aradan qaldırılıb.
 
Buta.media-nın məlumatına görə, bu barədə “Qafqazinfo”ya məlumatı "Azəriqaz" İB-nin mətbuat katibi İbrahim Kərbalayev verib.

 

O bildirib ki, gecə saat 1 radələrində Qaradağ-Bİgah magistral qaz kəmərində qaz sızması aşkar olunub:
 
“Qəza səbəbindən Bakının bir çox rayonunda qazın verilməsində fasilə yaranıb. Təmir işləri səhər saat 7 radələrində yekunlaşıb və saat 9-dan etibarən yaranmış məhdudiyyət aradan qaldırılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ