Dünən səhər saatlarında Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisəni anbaan əks etdirən görüntülər yayılıb.
Görüntülərdən 10-HO-033 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin yağışlı hava şəraitində hərəkətdə olarkən yüksək sürət səbəbilə sürüşərək idarəetmədən çıxdığı məlum olub.
Avtomobil daha sonra yolun ortasındakı metal məhəccərlərə və işıqlandırma dirəyinə çırpılaraq, əks istiqamətdən hərəkət edən 90-RZ-626 dövlət nömrə nişanlı “Toyota Prado”ya dəyərək dayanıb. Hadisə zamanı avtomobillərin qırılıb tökülən hissələri 99-TY-590 dövlət nömrə nişanlı “Ford Tranzit”, 77-CH-735 dövlət nömrə nişanlı “Toyota Prius”, 77-BF-279 dövlət nömrə nişanlı “Hyundai Accent” və üstündə xarici BY 279 YB nömrə nişanı olan avtomobilə də ziyan vurub. Xoşbəxtlikdən zəncirvari qəzada ciddi xəsarət alan olmayıb.