Azərbaycanda daha 1 979 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ