Azərbaycanlı deputatlar İrəvanda Göy məsciddə - FOTO

Ermənistanda səfərdə olan azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov Göy məscidi ziyarət edib.

Bununla bağlı Tahir Mirkişili sosial şəbəkədə paylaşım edib.

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.

Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”, - deyə Tahir Mirkişili yazıb.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün fevralın 21-i İrəvana səfər ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ