Bakıda tuneldə iki nəfər boğularaq ölüb - video

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib. Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

FHN-dən bildiriblər ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha sonra Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ