Bakıda küçədə iki “bomj” öldü

Ötən gün Bakıda küçədə 2 nəfərin meyiti tapılıb.

Oktyabrın 20-si saat 09 radələrində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ev 4/6-nın qarşısında naməlum kişi cəsədi tapılıb. Ölən şəxsin 1977-ci il təvəllüdlü R.Anatoliyeviç olması müəyyən edilib.

Oxşar hadisə dünən saat 06 radələrində Yasamal rayonunda baş verib. Şamil Əzizbəyov küçəsi ev 68-in qarşısında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Onun 1970-ci il təvəllüdlü A.Rzayev olması müəyyənləşib.

Bildirilib ki, hər iki şəxs evsiz olub və tüfeyli həyat tərzi sürüblər.

Onların havaların soyuması ilə keçirdikləri ağır xəstəliklərin nəticəsində həyatlarını itirməsi ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ