“Nizami”də tüstüləmə: 25 dəqiqəlik yubanma oldu

Tüstüləmənin mənbəyi bilinib və 25 dəqiqədən sonra stansiyada hərəkət bərpa olunub.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, stansiyada sərnişinlərin hərəkəti üçün təhlükə yoxdur. B.Məmmədov qeyd edib ki, hazırda yaşıl və qırmızı xətlərdə qatarların hərəkətinin intervala uyğun bərpası istiqamətində işlər görülür.

“Hadisə ilə bağlı sərnişinlərdən hər hansı müraciət daxil olmayıb”, - o əlavə edib.

B.Məmmədovun verdiyi son məlumata görə, artıq hər iki xəttə üzrə interval bərpa olunub, qurum normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.

10:47

“Nizam-28 May” tunel yolu mənzilində tüstülənmə olub.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal yüksək gərginlik çıxarılıb. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ