Tağı Əhmədov vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova verib.

Bildirilib ki, Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ