Ceyhun Bayramov Hakan Fidanla görüşdü. XİN rəhbərləri nəyi müzakirə etdilər?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidanla görüşdə Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrindən irəli gələn regional və beynəlxalq əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, eləcə də qlobal təhlükəsizlik çağırışlar müzakirə edilib.

Eyni zamanda, regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti, davam edən çağırışlar və s. barədə məlumat verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ