Müxalifətçi erməni deputat Artur Kazinyan azərbaycanlı millət vəkilindən şikayət edib - guya o, “Avronest”-in Yerevanda keçirilən iclasında həm ona, həm də həmkarı Hayk Mamicanyana çıxış etmək hüququ verməyib.
Buta.media xəbər verir ki, bu barədə Tahir Mirkişili öz facebook səhifəsində məlumat verib.
“Energetika Komitəsinin iclasında mövzudan kənara çıxdığı üçün erməni deputata söz vermədim. İndi də gileylənir ki, görün nə günə qalmışıq, Yerevanda bir azərbaycanlı iclasa sədrlik edir və bizə çıxış etməyə imkan vermir. Hər dəfə bu yadıma düşəndə gülürəm”, – deyə o bildirib.