Gəncədə güclü partlayış: ölənlər var - video

Gəncədə binada partlayış baş verib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci ildə anadan olmuş Könül Xudaverdiyeva həlak olub.

1991-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 2004-cü il təvəllüdlü Nuranə Əliyeva isə xəsarət alıb.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ