Azərbaycanda şərab zavodunda yanğın başlayıb - video

FHN-in yaydığı son məlumata görə, zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

10:14

Tovuz Şərab Zavodunda güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ