Laçından yan keçən avtomobil yolu nə zaman istifadəyə veriləcək?

“Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

"Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də bizim öz sakinlərimiz istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Tezliklə o yolu istifadəyə verəcəyik ki, əhali öz ərazilərimizə sülhməramlıların baxışı olmadan getsin. 

“Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib”, - deyə o, qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ