İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət etdi

Rusiyada rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Buta.media xəbər verir ki, İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib.

İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ