Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Siyahıdakı küçələr bunlardır:
Bünyad Sərdarov;
Həsən Seyidbəyli;
Şeyx Şamil;
Mirzəağa Əliyev;
Adbulla Şaiq;
Həsənoğlu;
Mikayıl Useynov (Bayraq meydanı istiqamətində);
Xocalı prospekti;
Şah İsmayıl Xətai prospekti;
Zuğulba yolu
Zığ şossesi.
Bildirilib ki, bu zolaqlarda hələ ki 5.9-cu, yəni, “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.
Həmin küçələr aşağıdakılardır:
Gülarə Qədirbəyova;
Niyazi;
İstiqlaliyyət;
Üzeyir Hacıbəyov ;
Bakıxanov;
Koroğlu Rəhimov;
Neftçilər prospekti;
Heydər Əliyev prospekti;
Mehdi Hüseyn;
Teymur Elçin;
Parlament prospekti;
Nəriman Nərimanov;
Mikayıl Müşfiq;
Salyan şosesi;
Hava limanı şosesi;
Bülbül prospekti;
Azadlıq prospekti;
Həsən Əliyev.