Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı - video

Xalq artisti, biznesmen Emin Ağalarov bir neçə ay öncə instaqramda yarış keçirib. O, uduş olaraq “Sea Breeze”də ev qoyub. Yarışın qalibi isə qazi ailəsi olub. Bu gün isə o, qaliblə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda Vətən müharibəsi qazisi Rauf Qasımovla həyat yoldaşı Türkan Qasımova, həmçinin onların ailə üzvləri və həyat şəraitləri öz əksini tapıb.

“Mən fəxr edirəm ki, belə insanlar “Sea Breeze” sakinləri olacaqlar. Sizi gözləyirik!” - paylaşımda vurğulanıb.

Qeyd edək ki, qazi Rauf Qasımov Vətən müharibəsində bir gözünü itirib, digər gözünün görmə qabiliyyəti isə 30 faizdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ