Qubada avtomobil ağaca çırpılıb, ölən var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ