Bakıda zavodda dəhşətli faciənin görüntüsü yayıldı - video

Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.

Videonu Saleh Nəsirov öz sosial medai hesabında dərc edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. 

Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ