Bakıda xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Sosial şəbəkələrdə ötən gün “20 Yanvar” metrostansiyasının yaxınlığında taksi sürücüsünün xanım sərnişinə əxlaqsız təkliflər etməsi barədə məlumat yayılıb. Bildirilib ki, daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

Buta.media xəbər verir ki, məsələ barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Bakıda müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb:

“Həmin avtomobilin sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ