Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələr bufetdə dönərdən zəhərləniblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Zəhərlənən tələbələr - Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö.Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayeva və 2001-ci il təvəllüdlü İ.Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü F.Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F.Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C.İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S.Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N.Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R.Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M.Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N.Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R.Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G.Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M.Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O.Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.