Metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən məşhur "Soloha" restoranında oğurluq hadisəsi baş verib.
Bu barədə müəssisənin sahibi Lidiya Əliyeva özünün "Instagram" hesabında məlumat verib.
"Bu gecə "İçərişəhər"dəki "Soloha Baku" restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib", - o yazıb.
Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.