Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.
Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq - Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı.
E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var:
“Orada yeddi qazanxanamız var”.