Bakıda “Mercedes” yandı - video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, avtomobilin digər hissələri və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ