Azərbaycanda paraşütlə uçan həkim faciəvi şəkildə öldü - foto

Quba rayonunda paraşütçü Şamo Salman oğlu Mehdiyev uçuş zamanı qəza edib və həlak olub. Bu barədə APA məlumat yayıb.

Hadisə bazar günü, oktyabrın 6-da, rayonun Qırız Dəhnə kəndində baş verib.

Uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Ş.Mehdiyev dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Şamo Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ