Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində də icra olunub.
“Report” xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər, Penitensiar Xidmətin Müalicə müəssisəsindən 3 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər məhkuma arayışlar təqdim olunaraq azadlığa buraxılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisəsi ən çox məhbusun əfv olunduğu həbsxanadır.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.