Azərbaycanda toyuna hazırlaşan qız faciəvi şəkildə öldü - foto

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.

2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ