Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcəklər

Bu gün Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşü keçiriləcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ