Azərbaycanda icra başçısının qardaşı faciəvi şəkildə öldü

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının faciəvi şəkildə ölüb.

Qaynarinfo-nun məlumatına görə, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti “Ay-Min” MMC-də çalışıb.

Mərhumun ölümünə səbəb avtoyuma apartı olub. Belə ki, onun işlədiyi şirkətin yaxınlığında avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cərəyan vurub.

Mərhum hadisə yerində dünyasını dəyişib. Habil Quliyev bu gün Lənkəran rayonun Hirkan qəsəbəsində dəfn edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ