Bakıda avtomobil dərəyə yuvarlandı - video

“Bakı şəhərinin Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

“Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində Qaradağ rayon sakini Namiq Nizami oğlu Bayramovun idarə etdiyi KIA markalı, 77-XB-760 dövlət qeydiyyat nişanlı avtomobil üzü paytaxt istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü və dörd nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”,- deyə M.Ağayev qeyd edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ