Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda beş nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu həyatını itirib. Üç nəfər sərnişinin hadisə yerində öldüyü bildirilir.
Daha bir yaralı isə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza toy karvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub.